Sağlamlıq

Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 34044 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332056 nəfər müalicə olunaraq sağalıb, 5006 nəfər vəfat edib, aktiv xəstə sayı 3381 nəfərdir.

Ölkədə son sutka ərzində 9684 hazırkı dövrədək isə 3975081 test aparılıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department