Azərbaycanda koronavirusla bağlı son məlumatlar AÇIQLANDI
Azərbaycanda koronavirus infeksiyasına daha 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 est aparılıb.