Sağlamlıq

Özəl klinikalardakı vaksin müayinəsi ödənişləri ləğv edildi

“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalarda peyvənddən əvvəl tibbi müayinə məqsədilə tələb olunan ödənişlər ləğv olunub. 

“ENA” həmin vaksinin tətbiq olunduğu klinikalarla əlaqə saxlayıb. “Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan saytımıza bildirilib ki, 30 manatlıq müayinə ödənişləri artıq tələb olunmayacaq.  

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə vaksin müayinəsi üçün pul tələb olunması narazılığa səbəb olmuşdu. 

Xatırladaq ki, "Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)