“TƏBİB”in tabeliyində fəaliyyət göstərən 6 xəstəxanada pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar aparılıb.
Məlumata əsasən xəbər verir ki, yoxlamalar zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Göygöl Rayon Xəstəxanası, Samux Rayon Xəstəxanası, Biləsuvar Rayon Xəstəxanası və Lənkəran Rayon Xəstəxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.