ABŞ və digər ölkələr “Huawei”dən niyə qorxur? - 5 SƏBƏB
Ötən həftə “Huawei”in maliyyə direktoru Meng Wanzhou Kanada hökuməti tərəfindən tutulmuşdu. Bu isə şirkət haqqında bir çox xəbərlərin yayılmasına səbəb olub. Hətta bir çoxları məsələni kiber casusluq və ticarət savaşları ilə belə əlaqələndirib.
"BI" xəbər verir ki, “Technology Review” nəşri isə məsələni tamamilə fərqli bir aspektdən analiz edib. Belə ki, nəşr ABŞ və digər ölkələrin “Huawei”dən qorxmalarının səbəblərini 5 maddə üzrə izah edib.
1.“Huawei”in cihazlarında “təcili vəziyyət açar”ının olması ehtimalı
Marka mobil operatorların şəbəkələrini idarə etmək üçün istifadə etdikləri baza stansiyası və anten kimi cihazları hazırlayan ən böyük istehsalçılardan biridir. Belə şəbəkələr isə bir ölkənin infrastruktrunun işləməsi üçün lazım olan enerji qovşaqları, maliyyə bazarları və nəqliyyat sistemi haqqında bütün informasiyaları daşıyır. Şübhələr də bundan sonra başlayır. Belə ki, ikinci tərəf ölkələr fikirləşir ki, Çin ordusu və kəşfiyyat xidməti “Huawei”in cihazlarına onlar üçün gərəkli olan proqramlar yaza bilərlər.
2. Proqramların kifayət qədər yoxlanılmaması qorxular arasındadır
2010-cu ildən bu yana ingilislərin kəşfiyyat xidməti (GCHQ) xüsusi bir mərkəz yaradıb. Mərkəzin əməkdaşları “Huawei’in cihazlarının quraşdırılmasından öncə, onları diqqətli şəkildə analiz edir. Yaradılan mərkəz bu ilin əvvəlində yeni bir hesabat yayımlayıb. Hesabatda deyilir ki, markanın cihazları sadəcə məhdud təhlükəsizlik vəd edir. Adıçəkilən hesabat artıq mətbuata yayılmışdı. Mərkəzin əməkdaşları əmin edirdi ki,“Huawei”in bəzi kodlarını test ediblər. Lakin onlar real şəbəkələrdən fərqli nəticə veriblər. Qeyd olunur ki, markanın bəzi proqram təminatları ciddi yoxlamalara məruz qalmır.
3. Ölkələrin məlumatlarının izlənilməsi qorxusu
“Huawei”dən qeyd edirlər ki, onların cihazları dünya əhalisinin 1/3 tərəfindən istifadə edilir. Şirkət, həmçinin rəsmi oqranlar üçün yüksək həcmdə məlumatları idarə edir. Qərb kəşfiyyat xidməti isə markanın adıçəkilən imkanlardan istifadə edərək ölkə üçün həssas məlumatları əldə edəcəklərindən narahatdırlar. Belə ki, ikinci tərəf ölkələrin hökuməti düşünür ki, Çinli kiber casuslar tərəfindən belə məlumatlar istismar edilə bilər. “Huawei”, həmçinin dünyanın ən böyük “ağıllı” telefon istehsalçısıdır. Mayda ABŞ Müdafiə Nazirliyi tərəfindən əmr verildi. Artıq ABŞ-ın hərbi bazalarında yerləşən pərakəndə mağazalarda Huawei və ZTE markalı “ağıllı” telefonların satılması qadağan edildi. Nazirlik belə bir qərarın qəbuluna səbəbi kimi isə ordu personalının hərəkətlərinin və yerinin müəyyən olunması ilə izah edib.
4. 5G ilə işlərin daha da pisləşəcəyi qorxusu
2019-cu ilin ikinci yarısında qismən bəzi ölkələrdə 5G istifadəyə veriləcək. 2020-ci ildə isə 5G-nin şəbəkəsinin daha da geniş yayılması nəzərdə tutulub. Bu isə sözsüz ki, məlumatların ötürülməsi sürətinin artırılması deməkdir. Nəticədə, sürücüsuz nəqliyyat vasitələrinin satışında artım və əşyaların interneti sektorunda (loT) bir çox irəliləyişin şahidi olacağıq. İnkişaf varsa, yeni tətbiqlərin yaradılması da şübhəsizdir. Bu isə onu göstərir ki, belə tətbiqlər hərbi məqsədlər üçün istifadə oluna bilər. Bu isə xakerlərə internetə bağlı cihazları hackləmək üçün böyük imkanlar vərəcək. Daha əvvəl isə Avstraliya və Yeni Zelandiya 5G-ni dəstəkləyən “Huawei” cihazlarının istifadəsini qadağan edib. İngiltərə də oxşar bir qərara imza atmışdı.
5. Çinin ABŞ-ın embarqo qoyduğu ölkələrə texnologiya məhsulları satması qorxusu
Ötən həftə şirkətin maliyyə direktorunun tutulması da, məhz ABŞ-ın embarqo qoyduğu ölkəyə “Huawei”in rəsmilərinin texnologiya satması qorxusu olmuşdu.