Bu vəzifələr üzrə işçilər axtarılır - MAAŞ 1000-1800 AZN
“PAŞA Sığorta” ASC namizədləri Telesatış operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
• Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
• Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
• Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.
BİLİKLƏR
• Ali təhsil
• Dil bilikləri:
o Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
o Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı
TƏCRÜBƏ
• Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır
BACARIQLAR
• Stressə davamlılıq bacarığı - Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
• Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
• Komanda ilə işləmək bacarığı
Son müraciət tarixi: 31 May 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
***
166 Yükdaşıma və Logistika
Rəqəmsal marketinq meneceri
İş haqqında
• Facebook, Instagram və Google kimi şəbəkələrdə pullu kampaniyalarını idarə edilməsi;
• İş prosesi ərzində Google Analytics / Google Data Studio-dan istifadə edilməsi;
• Rəqəmsal reklam yolu ilə elektron ticarət gəlirlərinin əldə edilməsini təmin etmək;
• Multi-kanallı hədəfləmə kampaniyalarının qurulması;
• Layihə KPI-lərinin hesabat və xüsusi izləmə metrikləri ilə uyğunlaşdırılması;
• Kiçik komandaların idarə edilməsi;
• ROI və KPI ölçülməsi və reklam xərclərinin hazırlanması;
• SEO və Google Analytics analizlərini nəzərə alınaraq, onlayn məzmunların idarə edilməsi və təkmilləşdirilməsi.
Tələblər:
• Rəqəmsal marketinqdə ən azı 2 il korporativ iş təcrübəsi;
• Satış komandaları ilə iş təcrübəsi;
• Google Analytics, Google Tag Manager və Google Ads ilə işləmək bacarığı;
• Layihə idarəetmə bacarıqları.
İş haqqında məlumat:
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1200-1800 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=102
***
AZZA Cake House
Anbardar
Namizədə tələblər
• Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi
• MS Office bilikləri
• Komandada işləmək bacarığı
• Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
İş barədə məlumat
• Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək (spirtli içkilər, çay, şokolad və xammal)
• Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
• Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
• Anbardan mal çıxışına nəzarət etmək
• Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
• Malların yüklənilməsi/boşaldılması
• Malların yerdəyişdirilməsini təmin etmək
• Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi
Əlavə məlumatlar
• Nahar şirkət tərəfindən verilir
• Rəsmiləşdirilmə
• İş yeri: Məhəmmədli qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Anbardar” qeyd olunmaqla, göndərə bilərlər.
***
Atmosphere lounge and restaurant “Administrator” vakansiyasını elan edir
İşin təsviri:
• Lounge və kabinetlərdə xidmət sisteminin düzgün idarə etmək;
• Banket xidmətini düzgün qurmaq;
• Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılmaq və təşkil etməklə yanaşı tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin etmək;
• Müştəri məmnuniyyətini saxlamaq və hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərmək;
• İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
• Müəssisənin daxili siyasətinə uyğun olan hesabatı hazırlamaq;
• Kadr hazırlığı və komandada adaptasiya mühitini təşkil etmək;
• Gündəlik işçi heyətinə təlimlər keçmək;
• Şəxsi heyət arasında məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyəti bölüşdürmək eyni zamanda ilkin və yekun nəticəni aidiyyatı şəxslərə təqdim etmək;
• Mətbəxlə koordinasiya etmək şərtilə təchizat standartlarını bəlli etmək və yönləndirmək;
• Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
• Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək;
• İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
• İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
• Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
• Qonaqlarn rezervasiyasının düzgün şəkildə tənzimlənməsinə nəzarət etmək;
• Depozit sistemini düzgün idarə etmək;
• Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək.
Tələblər:
• Ali təhsil üstünlükdür;
• Banket xidməti üzrə təcrübə;
• Lounge və kabinet sistemində təcrübəli olmaq mütləqdir;
• Təlim vermə üzrə təcrübə mütləqdir;
• Administrator üzrə 3-5 il arası iş təcrübəsi mütləqdir;
• Liderlik, təşəbbüskarlıq, rahatlıq və adaptasiya kimi xüsusiyyətlərə sahib olmalı;
• Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunandır;
• Ofis proqramlarından anlayışı olmalı.
Şərtlər:
• Əmək haqqı: 700 AZN + aylıq ümumi satışın 0.5%-i;
• İş qrafiki: 10 saat;
• AR ƏM uyğun işə qəbul;
• Həftədə bir gün istirahət;
• Nahar şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Administrator” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.
***
Şirkət: Prior Leasing
Vəzifə: Rəqəmsal marketing və qrafika üzrə mütəxəssis
Vəzifə Öhdəlikləri
• Digital marketinqdə mövcud olan strategiyasının müəyyənləşdirilməsi;
• Həftəlik-aylıq KPİ-ların müəyyənləşdirilməsi;
• Həftəlik-aylıq planlarının hazırlanması;
• SEO, SEM üzrə çalışmaların daima inkişaf edilməsi;
• Sosial media marketinq işlərinin (Instagram, Facebook, Linkedin, YouTube, və s.) aparılması;
• Google Analytics, Facebook Pixels kimi analitik toollar üzrə bilik və təcrübənin istifadəsi;
• Müştəri müraciətlərinin düzgün cavablandırılması və yönləndirilməsi.
• Digital reklamların verilməsi və təhlili.
• Web saytın izləyici sayının artırılması.
Tələblər
• Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir. Rəqəmsal Marketinq sahəsində sertifikatı, SMM üzrə bilik və təcrübə;
• Digital marketinq sahəsində bilik və təcrübəsinin olması ən azı 3 il
• Google Analytics, Google Search Console və s. analiz toollarından peşəkar istifadə edilməsi;
• Facebook Ads manager, Google Display və Google ads təcrübəsindən istifadə edilməsi;
• Rus dili- əla , İngilis dili- yaxşı (platformalarda işləyə və araşdırma edə biləcək qədər)
• Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
• Komandada işləmək qabiliyyəti;
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Ə/h: 1000 azn net
- Ünvan: Çinar Park BM, m. Nəriman Nərimanov
Maraqlanan və vəzifəyə uyğun olan namizədlər mövzu yerində “SMM” yazmaqla öz CV-lərini və portfolio hr@priorleasing.az ünvanına göndərə bilərlər.
***
“Zeytun Pharmaceuticals” şirkəti Anbarda qəbulçu/qablaşdırıcı axtarışındadır.
Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.
Tələblər:
- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;
- Rus dilində sərbət oxuma qabiliyyəti;
- Kompüterdən istifadə bacarığı;
- Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər);
- Yaş həddi: 22-40;
- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 450 AZN
Maraqlanan şəxslər CV-ni turan.guliyeva@zeytunpharma.az e-mail ünvanına göndərə bilərlər.***
***
Mebel fabriki
Mebel istehsal rəhbəri
İşin təsviri:
İş mebel fabrikində istehsalın təşkili və keyfiyyətinə nəzarət eləcə də, fabrikin mənfəətli və faydalı iş mexanizminin idarə olunmasını həyata keçirməkdən ibrarətdir.
İş şəraiti:
- İş saatı – 6 gün / 09:00 – 18:00 /
- Əmək haqqı 1,000 AZN + rüblük premiyalar
- İstehsal fabriki Hövsan ərazisində yerləşir
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Vəzifə və öhdəliklər:
• Fabrik işinin təşkili və idarə edilməsi.
• İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
• Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və fabrik işçilərini daimi məlumatlandırmaq;
• Fabrikdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
• Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
• Aylıq qoyulan istehsal planını icra etmək;
• Rəhbərliyə hesabatları hazırlayıb təqdim etmək.
İşin tələbləri:
• Ali təhsil;
• Minimum 2 il istehsalat sahəsində iş təcrübəsi olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə istifadə biliyi;
Müraciət CV- ilədir, başlığa “Mebel istehsal rəhbəri” qeyd edərək info@bizimoda.az ünvanına göndərməyiniz xahiş olunur.