Axtar

Ləğv prosesində olan sığorta şirkətinin 2 mln manatlıq əmlakı satışa çıxarılıb

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil satışa çıxarılacaqdır.

“ENA” bu barədə Ləgvetmə komissiyasına istinadən xəbər verir.

Məlumata görə, hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mayın 19-u, saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15, mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1,9 milyon manat, iştirak haqqının məbləği: 500 manat, behin məbləği: 19 min manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlakın təsviri

Ünvanı

Ümumi sahəsi

Satış qiyməti

AZN

İştirak haqqı

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil ofis kimi istifadə olunub

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

359 m²

1 900 000

500

19 000

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

Ləgvetmə komissiyası bildirilir ki, mayın 19-da keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir. Birinci hərrac satışı 23 aprel 2021-ci il tarixində keçirilmiş, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olunub. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq satışa çıxarılan əmlakın qiymətində (2 milyon manat) 5 % endirim edilmiş qiymət 1,9 milyon manat olub.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904

Komissiyadan bildirilir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33