Sağlamlıq

Qazaxıstan koronavirusa qarşı vaksin hazırladı

Qazaxıstan COVID-19 virusuna qarşı ilk milli vaksinini hazırlayıb.

Vaksin Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

QazVac adı alan vaksinin ilk partiyasının paylanması üçün təşkil olunan mərasimə baş nazirin müavini Eralı Tuqjanov da qatılıb.

Jambıl vilayətinin Korday rayonunda, Qvardeyski qəsəbəsində biofarmasevtik zavodun tikinti işləri ilə tanış olan hökumət rəsmisi gələcəkdə görüləcək işlərdən danışıb.

“Qazaxıstan vaksinini yaradılması ölkəmizi öz vaksinini istehsal edən 5 dünya ölkəsindən birinə çevirdi. Bu təkcə xalqın sağlamlığı məsələsi deyil, həm də milli elmin inkişafı, biofarmasevtikada müasir texnologiyaların tətbiqidir”- deyə Tuqjanov söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)