Bu vəzifələr üzrə işçilər axtarılır - 10 VAKANSİYA
Şirkət: Runner
Vəzifənin adı: Satış nümayəndəsi
İş yeri: Bakı şəhəri, Mixail Kaveroçkin küçəsi 21
Təhsil: Müvafiq sahədə ali təhsil
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır
İş qrafiki: Həftə içi 10:00-18:00, Şənbə 10:00-13:00
İş barədə məlumat:
Runner komandası satış strategiyasını inkişaf etdirmək və yeni müştərilər cəlb etmək üçün səriştəli Satış Nümayəndəsi axtarır. Satış nümayəndəsi şirkətin satışlarının artırılmasında, yeni müştərilərin cəlb edilməsində və idarəedilməsində, şirkətin satış strategiyasının və proqnozların hazırlanmasında əsas rol oynayacaqdır.
Vəzifə öhdəlikləri:
• Müxtəlif satış metodlarından (qapıda satış, müştərilərlə zəng, təqdimatlar, öz şəxsi əlaqələrindən istifadə etməklə və s.) istifadə edərək satışların artırılması
• Potensial müştərilərin şirkətin təqdim etdiyi xidmətlərdən istifadəyə cəlb etmək üçün satış strategiyasının hazırlanması, bazar araşdırması və proqnozların hazırlanması
• Müştərilərlə uzun müddətli və rəqabətə davamlı satış modelinin hazırlanması
• Şirkətin satış tələblərinin vaxtında və effektiv yerinə yetirilməsi
• Müştərilərlə görüşlərin təşkil edilməsi, məhsul və xidmətlər barədə təqdimatların həyata keçirilməsi
• Müştəri bazasının toplanması və genişləndirilməsi
• Rəhbərlik üçün periodik hesabatların hazırlanması
Namizədə tələblər:
• Satış sahəsində, əsasən də xidmət satışı sahəsində 3 ildən artıq təcrübə
• Azərbaycan və Rus dilində səlis yazma və danışmaq bacarığı
• 25-45 yaş həddi
• Ofis proqramlarından orta və daha yuxarı səviyyədə istifadə etmək bacarıqları
• Komandada və müştərilərlə işləmək bacarığı, satış və tanıtım bacarıqları
• Top menecement ilə işləmək təcrübəsi
• Müxtəlif satış və rəqəmsal satış texnikalarından işləmək bacarığı
• E-commerce, onlayn çatdırılma biznesləri barədə biliklərin və təcrübənin olması
• Özünə güvənən, məsuliyyətli, çevik və çalışqan olmalı
Müraciət etmək istəyən namizədlərdən CV formalarını mövzu hissəsində vəzifə adını “Satış nümayəndəsi” qeyd etməklə hr@runner.az email ünvanına göndərməyiniz xahiş olunur.
***
AZMƏDƏNİSTEHSAL MMC
Vəzifə: Satış meneceri
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
İş yeri: Xırdalan qəsəbəsi
Namizədə tələblər:
• Ali təhsil
• Satış meneceri kimi minimum 1 il iş təcrübəsi
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Dil bilikləri: Azərbaycan dili, Rus və İngilis dili
İş öhdəlikləri:
- Cəmiyyətin istehsal etdiyi məhsulların satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;
- Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
- Müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;
- Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;
- Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;
- Satış bazarında reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamaq, cəmiyyətin reklam fəliyyətini təşkil etmək, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə əməkdaşlıq etmək;
- Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan dəstək almaq.
- Məhsul çeşidinin planlaşdı¬rılması, və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında iştirak etmək; istehsal edilən və gələcəkdə isteh¬sal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində iştirak etmək;
- İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün təkliflər vermək;
- Cəmiyyətin məhsullarına qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin etmək;
- Satışa buraxılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə təqdim etmək;
- Məhsulların təslimi və ödəmələr zamanı meydana çıxan problemləri həll etmək, satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemləri həll etmək;
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək, özünə bağlı kadrları idarə etmək və bu kadrları öyrətmək;
İş qrafiki:
• 6 günlük iş norması
• Nahar şirkət tərəfindən verilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini rahib.pashayev@azmedenistehsal.az elektron ünvanına (“satış meneceri” başlığı ilə) göndərməyini xahiş edirik.
***
"Novas Agro" MMC
Baş nəzarətçi
Vəzifələr:
- Tapşırılmış işlərin vaxtında və dürüstcəsinə yerinə yetirilməsinin təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin davamiyyətinə, davranış qaydalarına, iş qabiliyyətinə nəzarət edilməsi və qiymətləndirilməsi;
- Cəmiyyətin daxilində təhlükəsizliyə və daxili qaydaların əməl olunmasına nəzarəti təmin edilməsi;
- Əraziyə təhlükəsiz giriş və çıxışların təmin edilməsi;
- Ərazinin səliqəli saxlanılmasına nəzarət edilməsi;
- Kamera nəzarəti sisteminə ehtiyac olduqda nəzərdən keçirilməsi;
- Yuxarı rəhbərliyə vaxtında hesabatların təqdim edilməsi;
- Görülən işləri əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin təhlükəsizliyi qaydalarına uyğun olaraq aparılması.
Bilməlidir:
- İdarəetmənin əsaslarını;
- Mühafizə sisteminin işləmə mexanizmini;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının əsaslarını.
Tələblər:
- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yaş: 27-40;
- Şəxsi avtomobilin olması üstünlükdür.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- 30 gün məzuniyyət;
- Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;
- Əmək haqqı 600 AZN NET;
- Yemək ödəniş şəklində təmin edilir.
Əlaqə:
Müraciət üçün CV formasını mövzu yerinə “Baş nəzarətçi” qeyd etməklə hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
***
İŞ YERİ: “Yugen” SMM Şirkəti
Sosial Mediya Marketinq şirkətinə müştəri xidmətlər səviyyəsini inkişaf etdirmək üçün peşəkar müştəri xidmətləri nümayəndəsi axtarırıq.
İş öhdəlikləri:
• Müştərilər ilə əlaqə;
• Müştərilərin sorğularına vaxtında və peşəkar cavablama;
• Müştəri xidməti komandası tapşırıqlarının formalaşdırılması;
• Yaradıcılıq şöbəsi üçün, tapşırıqların vaxtında qoyulması və işin gedişatına nəzarət edilməsi;
• Tapşırıqların və layihələrin vaxtında çatdırılmasını təmin etmək;
Bacarıqlar:
• “Project management” və ya “Client service” üzrə ən azı 2 il təcrübə;
• Səlis rus və Azərbaycan dilləri biliyi;
• İşgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı;
• Rəqəmsal proektlərin idərə olunmasında təcrübə;
• Rəqəmsal yaradıcılıq şöbəsi ilə (dizaynerlər, kopirayterlər) işləmək, işin vaxtını və həcmini idarə etmə təcrübəsi;
• Eyni vaxtda bir neçə tapşırığı nəzərdən keçirmək və yerinə yetirmək bacarığı;
• Taym-menecment (vaxtın düzgün bölünməsi);
• Problem-solving bacarığı;
Əmək haqqı: 1200 manatdan başlayaraq
İşə müraciət üçün elektron poçt ünvanımız: hr@bakugroup.az
CV göndərərkən mövzu yerində “Client Service Representative” yazılan CV-lərə baxılacaq.
***
Şirkət: Industrial Business MMC
Vəzifə: Müqavilələr və İnsan Resursları üzrə Mütəxəssis
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Ofis 78
İş barədə məlumat:
- Müqavilələrin hazırlanması ilə əlaqədar sənədləşmə aparmaq;
- Kadrlarların (HR) uçotu ilə əlaqədar sənədləşmə aparılmq;
- Hüquqi sənədlər hazırlamaq və rəsmiləşdirmək;
- Məhkəmədə, dövlət orqanlarında və digər təşkilatlarda nümayəndə qismində şirkəti təmsil etmək;
- Müdiriyyətin tapşırıqlarını yerinə yetirilmək.
Tələblər:
- Ali hüquqi təhsil
- AR Mülkü Məcəllə və Əmək Məcəlləsi üzrə mükəmməl bilik
- Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
- Kollektivdə işləmə qabiliyyəti
- Müqavilələrlə işləmə bacarığı
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət
- Xarici dil bilməli (rus və ingilis)
- İş təcrübəsi: əlaqəli sahədə 3 ildən artıq;
Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul: AR Əmək Məcəlləci əsasında
- Əmək haqqı: 600-800 manat
- Müsahibə CV əsasında aparılacaq
Xahiş edirik, mövzu hissəsində “Müqavilə və HR üzrə Mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə ang.group@mail.ru e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
***
Irshad Electronics
Reklam üzrə mütəxəssis
Tələblər
• Təhsil - Ali (xarici təhsili olanlara üstünlük verilir)
• Cinsi - bəy
• Yaş – 25 - 35
• Təcrübə - Reklam sahəsində minimum 2 il
• Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)
• Kompüter bacarığı – Ofis proqramları
Vəzifəyə tələblər
• Mağazalar üzrə reklam ehtiyaclarının müəyyən edilməsi
• Mağazaların daxili və fasad reklamlarının tərtibatı üzrə təkliflərin verilməsi
• Vizual merçendayzinq üzrə təkliflərin verilməsi
• Mağazalarda məhsulların sərgilənməsi üçün kreativ həllərin təmin edilməsi
• Mağazalar üzrə reklam istehsalının və təchizatının idarə edilməsi
• Mağazalarda marketinq aksiyalarının təşkil edilməsi
Şəxsi keyfiyyətlərə tələblər
• Təşəbbüskar
• Ünsiyyətcil
• Məsuliyyətli
• Komandada işləmə bacarığı
• Stresə davamlı
Əmək haqqı: Namizədin təcrübəsindən asılı olaraq 800-1000 AZN
Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcəkdir.
E-mail: hr@irtelecom.az
***
“MilliKart” MMC DATABASE ADMİNİSTRATOR vəzifəsinə işçi qəbulunu elan edir.
Tələblər:
• Ali təhsil (texniki sahədə təhsil arzu olunandır və ya Oracle administrasiyası üzrə sertifikat)
• 4 ildən artıq DBA Oracle üzrə iş təcrübəsi
• Məlumat bazalarının rezervasiya metodlarının quruluşunun layihələşdirilməsi və təşkili daxil olmaqla, məlumat bazalarının layihələşdirilməsi üzrə təcrübə
• Oracle 12c / 19c administrasiyası üzrə dərin biliklər
• UNIX/Linux OS bilikləri
• Azərbaycan və Rus dillərini sərbəst bilməli
• Texniki ingilis dili bilikləri (dokumentasiyaların oxunması)
• Komandada işləmək bacarığı
• Aktivlik
• Məsuliyyət
• Diqqətlilik
• Çalışqanlıq
• Öyrənmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
• ORACLE DBMS / ORACLE RAC quraşdırılması
• Məlumat bazasının yaradılması və müşayiəti
• Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi
• Ehtiyat surətinin çıxarılması və bərpası
• Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı
• DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi
• DWH (Data Warehouse) administrasiyası
• DWH (Data Warehouse) məlumat strukturunun dəyişdirilməsi
• Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması
• Istehsal mühitində test yeniliklərinin quraşdırılması
• Istehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması
• Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması
• Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması
• SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması
Əmək haqqı 2500-3500 azn
E-mail: Hr@millikart.az
***
M Bulak BOKT MMC
Vəzifə : İnsan Resursları üzrə mütəxəssis
Əmək haqqı: 800 – 1000 Azn
İş qrafiki : Həftədə 5 gün
Namizədə Tələblər:
- İnsan Resursları sahəsində iş təcrübəsi - 3 ildən artıq
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
- Ali təhsil
- E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişiklikləri müntəzəm olaraq qeydiyyatını aparmaq
- Əmək kitabçalarında qeydlər aparmaq
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək
- İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi
Qeyd:
Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV - lər 30 aprel 2021-ci il tarixinədək qəbul olunur. Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla az.hr@molbulak.com elektron ünvanına göndərmələri xahiş olunur.
***
Universal Təchizat ASC
TREYD (TİCARİ) MARKETINQ MENECERİ
İş barədə məlumat:
- Şirkətin istehsal və idxal etdiyi qida və qeyri-qida məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
- Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
- Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
- Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
- Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
- Treyd marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
- POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
- Analitik hesabatların tərtib olunması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Yaş həddi: 25 -35 olmalı;
- Azərbaycan və rus dili mükəmməl (ingilis - dili arzuolunandır) olmalı;
- Bölgələrə ezamiyyətə getməyə hazır olmalı;
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office) olmalı;
- İqtisadiyyat (marketinq, treyd marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir) üzrə ali təhsil;
- FMCG sektorunda ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
- əmək haqqı 800 - 1000 AZN.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Trade marketing menecer" yazmaqla nigar986@mail.ru ünvanına göndərə bilərlər.
***
Retail Company
Marketlər şəbəkəsinin satış departamentinin direktoru
Əsas vəzifə və öhdəliklər
• Yeni marketlərin açılışının təşkil edilməsi;
• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq struktur bölmənin işini təşkil etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi; analiz edilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
• Mağazaların satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
• Müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Marketlər şəbəkəsinin işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Struktur bölmənin işçilərinin işinin qiymətləndirməsini aparmaq;
• Satış ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək;
• Satış Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
Namizədə dair tələblər
• İqtisadiyyat və İdarəetmə, Biznes və Marketinq sahəsində ali təhsil;
• 25-40 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi (Pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük veriləcək) olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
• Ezamiyyətlərə getmə imkanı olmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
Uyğun namizədlər CV ilə retailcompany.ltd@gmail.com ünvanına müraciət edə bilərlər.