Vakansiyalar

İş axtaranlar üçün - 12 VAKANSİYA

Şirkət: Siyazan Broiler
Vakansiya: Baş mühasib müavini

Vəzifə öhdəlikləri:

• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
• Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması
• Rəsmi hesabatların hazırlanması (Statistika;DSMF)

Namizədə tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə)
• Kişi namizədlər
• Yaş: 25-40
• Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması
• Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
• Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür

İş şəraiti:

• İş qrafiki: I-V günlər, 09:00 - 18:00, şənbə 09:00 - 14:00
• Əmək haqqı: 1500 – 2000 Azn gross

Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasib müavini” qeyd etməklə CV formasını cv@siyazanbroiler.com email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

***

JOB TITLE: Tester
EMPLOYER: Virtual Azərbaycan Qrup of Kompani MMC
DUTY STATION: Azerbaijan,Baku

Tələblər:

● Ali təhsil;
● Sahə üzrə minimum 2 il iş təcrübəsi;
● Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
● Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
● Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);
● APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
● SQL dili üzrə biliklər (orta səviyyədə);
● Agile mühitində test methodologiyaları ilə tanışlıq.
● İngilis dili (intermediate) və rus dili bilikləri (arzu olunandır)

İş barədə məlumat

Əmək haqqı 1000
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İş şəraiti: Ofis daxili
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Ünvan: 16e Keykab Khanim Safaraliyeva küçəsi, Time Business Center, 6 mərtəbə

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “ Application Tester” -yazaraq CV formasını hr@vac.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

***

AccessBank

Komplayens şöbəsinin baş mütəxəssisi

Öhdəliklər:

• ÇPY/TMM üzrə şübhəli əməliyyatların yoxlanılması və analizi;
• ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;
• Daxil olan müvafiq sorğuların cavablandırılması;
• Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;
• Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;
• Filiallarda ÇPY/TMM üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq.

Tələblər:

• Bankda ən azı 3 illik iş təcrübəsi;
• ÇPY/TMM, daxili nəzarət və ya əməliyyat riskləri sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
• Analitik təfəkkür;
• Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək;
• Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və yüksək ingilis dili və ya rus dili biliyi;
• Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;
• Mükəmməl ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;

E-mail: cv@accessbank.az

***

By Telecom LLC

Qrafik dizayner (Köməkçi)

• Şirkətin qrafik, dizayn işlərini görməli;
• Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların dizayn edilməsi;
• Çap işlərin : menu, visit card, brandwall və s. dizayn edilməsi;
• Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini görmək.

Namizədə bağlı tələblər

• CorelDraw, Adobe Photoshop, Adobe İllustrator proqramlarını yüksək səviyyədə bilgi.
• Dizayner olaraq min 1 il iş təcrübəsi;
• Məsuliyyətli, işgüzar, diqqətli, ünsiyyətcil və yaradıcı düşünmə qabiliyyəti olmalı;
• Kreativ ideyalı;

İş qrafiki 6 gun, 10:00-19:00 kimi
Əmək haqqı: 400-450AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini "elshad@bytelecom.com" e-mail ünvanına göndərməyiniz xahiş olunur.

***

Vəzifə: Sayıcı-hesablayıcı
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis

Namizədə dair tələblər:

• Yaş : 32 yaşa qədər
• Cins : Kişi
• Təhsil: Ali
• Komputer bilikləri: MS Office

Vəzifə öhdəlikləri:

Marketlərdə olan əsas vəsaitlərin və ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi.

- İş qrafiki: Dəyişkən (axşam saatları)
- Yanacaq xərcləri qarşılanır (şəxsi avtomobil olduğu halda)
- Ezamiyyətə hazır olmalı
- Nahar ödənişi edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sayıcı - hesablayıcı" yazaraq cv@oba.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

***

Buxar Mühəndislik şirkəti “Layihələndirmə və təklif” şöbəsinin müdiri vakansiyasına namizəd seçimi üçün təcrübəli namizədləri müsahibəyə dəvət edir.

Namizədə dair tələblər:

- Ali təhsil (texniki / mühəndislik sahəsində);
- Müvafiq sahədə idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
- Autocad və MS office proqramlarında işləmə bacarığı;
- İş planlama ,təşkil etmə və idarəetmə bacarığı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

- Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
 -Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə);
- Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
- Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə - nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək;
- Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
- Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
- Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;

Qeyd:İsitmə, soyutma və havalandırma üzrə mühəndis iş təcrübəsi olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

CV-ləri Layihələndirmə və təklif şöbəsinin müdiri mövzusu ilə hr@buxar.az ünvanına göndərə bilərsiniz.

***

Norm Sement zavodu

Hazırda şirkətimizə Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.

Tələblər:

• Mexanika mühəndisliyi üzrə ali təhsil
• MS office və SAP proqramlarından istifadə bacarığı:
• Excel programından yüksək səviyyədə istifadə bacarığına sahib olanlara üstünlük verilir
• İnglis dilinin elementar səviyyədə biliyi
• Əlaqədar sahədə 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
• Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
• Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
• Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
• Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
• Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
• Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi. Təmir və qəza planlarının hazırlanması.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 21.04.2021

***

“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentində Sistem administratoru vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Müvafiq sahə üzrə Ali təhsil;
• RHСSA, MCSA, MCSE üzrə biliklər;
• LoadBalancer/Failower sistemlərinin qurulması və idarə olunması (citrix və s.);
• Administrator səviyyəsində Red Hat, Windows əməliyyat sistemləri ilə çalışma bacarığı;
• Windows və Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• “Bank storage”-lərinin idarə edilməsi (Dell və s.);
• “Backup” sisteminin idarə ediməsi (BackupExec);
• “Bank Firewall”-rının idarə edilməsi (PaloAlto, ASA);
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitorinq alətlərdən istifadə etmək bacarığı (PRTG və.s);

Əsas vəzifələr:

• Linux və Windows-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkmilləşdirmək;
• Bankın mövcüd infrastrukturunu idarə etmək və təkmilləşdirmək;
• Server otağına nəzarəti yerinə yetirmək;
• Gündəlik “backup”-lara, “storage”-lərə nəzarət etmək;
• Lazım olduqda “Main site”-dan “DR site”-a keçidini təşkil etmək.

Göstərilən tələblərə cavab verən namizədlər may ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sistem administratoru” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

***

Xalq Sığorta

Vəzifə: System Administrator

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı

Namizədə dair tələblər:

• Ali texniki təhsil;
• Rus və ingilis dilini bilənə üstünlük veriləcək;
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
• Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.)
• Windows Server (DC (GPO), DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
• Komandada işləmək bacarığı və məsuliyyətlilik;

Vəzifə öhdəlikləri:

• IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
• Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
• Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
• Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
• Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
• Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
• Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
• Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
• İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
• Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
• Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
• Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
• İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;
• Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
• Məlumatların saxlanmasını və konfidensiallığını təmin etmək;
• İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (System Administrator) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.

***

Təmizqaz QSC

Qaynaqçı

İşin təsviri:

- İstehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi;
- Avadanlığın tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi;
- Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Qaynaq aparatlarının işə hazır vəziyyətə gətirilməsi;
- Qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə zəmanət vermək;
- Məsul hissə, qovşaq mexanizm konstruksiya və fırlatma yolu ilə boru kəmərlərinin qaynağı;
- Sadə və məsul hissə qovşaq konstruksiya və mexanizmlərinin möhkəm ərintilərlə əridilməsi;
- Nazik divarlı boruların, çətin əl çatmayan yerləri olan hissələrdə qaynaq və çat boşluqlarının aradan qaldırılması.

Namizədə qarşı tələblər:

- Qaynaqçı vəzifəsi üzrə xüsusi peşə təhsili və ya xüsusi setifikatı olmalı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Qaynaq avadanlıqlarının işlətmə qaydalarını bilməli;
- Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını;
- Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını;
- Qaynaq birləşmələrinin növlərini və tikişin tipini;
- Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını;
- Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü;
- Qaynaq birləşmələrinə qaynaqdan sonra termiki emalın təsirini bilməli;
- Yüksək leqirlənmiş poladlar daxil olmaqla qaynaq edilən materialların mexaniki və texnoloji xüsusiyyətlərini,
- Qaynaq edilən boru divarının qalınlığına uyğun qaynaq çubuğunun və qaynaq cərəyanının seçilməsini;
- Yaş: 22-50;
- Cinsi: Kişi.

İş haqqında

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: I-V günlər, tam iş vaxtı;
- Həftədə 2 gün istirahət;
- Əmək 700 AZN

E-mail: ceyhun.allahverdiyev@temizqaz.az

***

AZZA Cake House

Qənnadçı

Tələblər:

• Orta təhsil
• Ən azı bir il iş təcrübəsi

Öhdəliklər :

• Şirniyyat məsulların hazırlanması
• Xəmir qarışdırma, xəmir yayılma və içliklərin hazırlanması
• Şirniyyat istehsalında istifadə olunan aparatların istismar qaydaları
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsini təmin etmək

Şirkət təklif edir:

• Əmək haqqı 300 AZN
• Nahar
• 14:30-22:00 iş rejimi
• Rəsmi qeydiyyat

Namizədləri hr@azza.az elektron poçt ünvanına öz CV-lərini göndərmələrini xahiş edirik, məktubun mövzu xanasında vakansıyanın adını, yəni “Qənnadçı” qeyd edin. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

***

Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə: Onlayn satış nümayəndəsi
İş yeri: Bakı
İş təcrübəsi: 1 il
Təhsil: İqtisadi və ya marketinq sahəsində ali təhsil

Vəzifə öhdəlikləri:

- Müştərilər ilə əlaqənin qurulması, Onlayn satış platformasının təqdimatı və platforma üzərindən satışa dəstək verilməsi
- Müştərilərlə onlayn platforma ilə təlimin aparılması
- Müştərilərlə müqavilələrin bağlanması
- Müştərilər ilə yaranan problemlərin həlli
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirilməsi
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması və mövcud müştərilərə əlaqələrin qorunub saxlanması

Vəzifə tələbləri:

- İngilis dili biliyi arzuolunandır
- MS Office biliyi
- Ünsiyyət qurma bacarığı
- Analitik düşünmə bacarığı
- Şəxsi avtomobilin olması mütləqdir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət üçün: https://hr.veyseloglu.az/vacancy/

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department