Azərbaycanda səyyar vaksinasiyaya başlanılıb - TƏBİB
Bu gündən dövlət qurumlarının müraciətləri əsasında Bakıda vaksinasiya prosesinin sürətlənməsi, sıxlıq yaranmaması üçün səyyar briqadalar təşkil olunmaqla vaksinasiya prosesinə başlanılıb.
ENA.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.
A.Əliyevanın sözlərinə görə, prosesə ilkin olaraq 1 saylı “ASAN xidmət”də başlanılıb:
“Daha sonra müraciətlər əsasında “ASAN xidmət”in digər filialları, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək. Dövlət orqanlarının müraciətləri nəzər alınaraq xronoloji ardıcıllıqla qurumların əməkdaşları öz iş yerlərindən ayrılmadan peyvənd olunacaqlar”.