Sağlamlıq

Çindən Azərbaycana 5 milyon doza vaksin gətiriləcək

Azərbaycanla Çin arasında əməkdaşlıq nəticəsində bu ölkədən növbəti vaksin partiyası gətirilib.

ENA.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, koronavirusla mübarizədə ən effektiv üsul insanların peyvənd olunmasıdır:

"Azərbaycan dünyada ən tez vaksinasiyaya başlayan ölkələr sırasındadır. Artıq 550 min nəfərdən çox şəxs peyvənd olunub. Peyvəndləmə prosesini sürətləndirmək üçün Prezident İlham Əliyevin Çin Xalq Respublikasının ali rəhbərliyinə müraciəti əsasında müqavilə imzalanıb.

Çindən Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək - Nazir müavini

5 milyon doza vaksinin gətirilməsi ilə bağlı 10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan müqaviləyə əsasən Azərbaycana bu gün 500 min doza "Coronavac” peyvəndi göndərilib. Vaksinasiya işini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər tez stabilləşəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department