Bank

Əhali 57 milyon manatını banklardan geri çəkib

31.10.2018-ci il tarixində banklarda fiziki şəxslərin əmanətləri (əhalinin əmanətləri) 8 milyard 57.9 milyon manat təşkil edib.

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə əmanətlər 57 milyon manat azalıb.

Oktyabrda müddətli əmanətlər 5 milyard 548.1 milyon manatdan 5 milyard 486.8 milyon manata düşüb (61,3 milyon manat azalma), tələbli əmanətlər isə 2 milyard 566.8 milyon manatdan 2 milyard 571.1 milyon manata yüksəlib (4,3 milyon manat artım).

Sentyabr ayının sonu ilə müqayisədə oktyabrda hüquqi şəxslərin depozitləri 356 milyon manat artaraq 10 milyard 490.4 milyon manata çatıb. Depozitlərin 1 milyard 865.1 milyon manatı müddətli, 8 milyard 625.3 milyon manatı tələbli olub. Müddətli depozitlərin 82.2 milyon manatını sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri təşkil edib. Oktyabrda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 2 milyon manat azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department