Vakansiyalar

Dövlət qurumu işçilər axtarır - VAKANSİYA

Vakansiyanın adı: Aparıcı mütəxəssis
Vakansiyanın kodu: V210319-1
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri:

- İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
- Magistr dərəcəsi və PMP arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
- Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Cəmiyyətdə, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyətin təmsil edilməsi və onların işində iştirak edilməsi;
- Təqdimatların hazırlanması.

Son müraciət tarixi: 04.04.2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1260#vp

***

 

Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210319-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.
Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri:

- Tənqidi və analitik təfəkkürə sahib olmaq;
- PMP və rus dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanılması;
- Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılması;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi.

Son müraciət tarixi: 04.04.2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1261#vp

 

***

Vakansiyanın adı: Şöbə rəisi
Vakansiyanın kodu: V210321-1
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3 il
Tələb olunan komputer bilikləri: MS Office - sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Problem həlletmə;
- Analitik düşüncə;
- Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri: Müraciət edən namizədlərin layihələrin idarə edilməsi (Project management) üzrə beynəlxalq sertifikatlara (PMP, PMİ-ACP və s.) və magistr dərəcəsinə malik olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Şöbənin işini təşkil etmək;
- İdarənin illik əməliyyat planından irəli gələn illik iş planını və şöbənin işçiləri arasında iş bölgüsünü müəyyən etmək;
- Şöbənin fəaliyyəti üzrə mövcud olan layihələrin müvafiq qaydada idarə olunmasını və planlaşdırılmasını həyata keçirmək;
- Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;
- Cəmiyyətin müvafiq dövr üzrə müxtəlif icra planlarının layihələrini hazırlamaq, müvafiq qaydada təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil etmək;
- Cəmiyyət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan strategiya, islahat, konsepsiya və proqram layihələrinin hazırlanmasında iştirak etmək;
- İslahat layihələrinin idarə olunması üzrə işçi qruplarının formalaşmasında iştirak etmək və məsələ ilə bağlı tövsiyələr vermək;
- İslahat layihələri üzrə aparılan işlərlə bağlı Cəmiyyətin müvafiq struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
- Cəmiyyətin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə struktur qurumların funksiyalarını təhlil etmək və müvafiq təkliflər vermək;
- Layihənin tələb olunan keyfiyyətdə, vaxtlı-vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- Şöbənin işi və layihələr üzrə hesabatları hazırlamaq.

Son müraciət tarixi: 04.04.2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1262#vp

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department