Gündəm

Şahbaz Şərif Azərbaycana gəlir

Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük rəsmi səfər etməyi planlaşdırır.

Bu barədə Pakistan mediası məlumat verir.

Qeyd olunub ki, Ş.Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.

"Bu səfər regional əməkdaşlığı və İƏT ölkələri ilə ikitərəfli əlaqələri gücləndirməyə yönəldiyi üçün böyük diplomatik və iqtisadi əhəmiyyət daşıyır", - məlumatda bildirilib.

Nəşrlər Pakistan Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən bildirir ki, səfərin yekunu üzrə qarşılıqlı əməkdaşlıq haqqında bir neçə saziş və anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)