Gündəm

DİN: “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi İlə bağlı araşdırma başlayıb, saxlanılanlar var

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)