MALİYYƏ

Azərbaycan ötən il Gürcüstandan 31 milyon dollarlıq sərmayə geri çəkib

2020-ci ildə Azərbaycan Gürcüstandan 30,8 milyon ABŞ dollarlıq sərmayəni geri çəkib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən il geri götürülən investisiyaların böyük hissəsi - 13,9 milyon dolları I rübün payına düşüb.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan qonşu ölkənin iqtisadiyyatına 246,4 milyon dollar, 2019-cu ildə isə 35,8 milyon dollar sərmayə yatırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)