Axtar

Dövlət Neft Fondu qızıl alışının həcmini 11,1 dəfə artırıb: hesabat

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ildə 557,2 kq qızıl alıb. Bu barədə hökumətin 2020-ci ilə dair hesabatında deyilir.

2019-cu ildə ARDNF 50,2 tondan çox qızıl alıb. Beləliklə, 2020-ci ildə fond tərəfindən qızıl alışının həcmi 11,1 dəfə artıb.

Hesabata əsasən, 2020-ci il dekabrın 31-nə ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 14,2% və ya $6 milyard 170,8 milyon dəyərində 101 ton 800,9 kq (3 milyon 272,975 min troya unsiyası) təşkil edir.

ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl almağa başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınsa da, 2014-2017-ci illərdə qızıl alışı həyata keçirilməyib. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və 20 min 778,41 kq qızıl alıb.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33