Neftin qiyməti 67 dolları ötüb
![](https://ena.az/uploads/news/2021-03/_ena_8cb316f2e65c1cb7313ea2570_o.jpg)
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,51 ABŞ dolları və ya 0,80% artaraq 64,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,54 dollar və ya 0,81% artaraq 67,28 dollar təşkil edib.