MALİYYƏ

Azərbaycanın ötənilki idxalının 64%-i ƏDV-yə cəlb olunmayıb

2020-ci ildə Azərbaycan xaricdən 10,73 milyard ABŞ dolları dəyərində mal idxal edib. İdxal əməliyyatlarının 59%-i tamamilə gömrük rüsumlarından azad olunub.

ENA.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrıə həsr olunmuş tədbirdə bildirib.

"Əməliyatların 41%-i gömrük rüsümlarına cəlb edilib. O cümlədən idxalın 26,5%-i 15%-lik, 8,2%-i 5%-lik, 5,6%-i isə spesipik dərəcə ilə gömrük rüsumu ilə əhatə olunub", - o deyib.

Bundan başqa, S.Mehdiyev qeyd edib ki, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 64% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)