Axtar

Banklar mikromaliyyə təşkilatlarının müştərilərini necə ələ keçirirlər?

“Hesablaşma-kassa xidmətləri göstərən banklar mikromaliyyə təşkilatlarının müştərilərini əziyyətsiz öz tərəflərinə çəkirlər. Bunun səbəbi mikromaliyyə təşkilatlarının hesablaşma-kassa xidmətini göstərə bilməmələri və bu məqsədlə müştərisini banka göndərmələridir”.

FED.az xəbər verir ki, bunu “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Vitse-Prezidenti Vüqar Zeynalov bildirib.

Vüqar Zeynalov deyib ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyas Kiçik və Orta biznesin inkişafı Agentliyilə birgə mikromaliyyə institutlarının hesablaşma-kassa əməliyyatlarının aparılmasına icazə verilməsi təklifilə çıxış edib:

“Mikromaliyyə təşkilatları tək kredit ayırmaq ilə deyil, eyni zamanda digər alətlər ilə də özləri özlərni inkişaf etdirə bilməlidirlər. Əgər bu gün mikromaliyyə təşkilatları hesablaşma-kassa əməliyyatları apara biləsələr, onların üzləşdikləri çətinliklər azalar. Mikromaliyyə təşkilatları krediti ayırırlar, amma hesab hansısa bankdadır. Adətən, bank həmin müştərini öz tərəfinə çəkir, bu da mikromaliyyə təşkilatının dayanıqlılığına mənfi təsir edir. Bu və digər təşviqlər mikromaliyyə təşkilatlarının genişlənməsinə və ölkədə mikrobiznesin güclənməsinə gətirib çıxaracaqdır”.

Vüqar Zeynalov əlavə edib ki, mikromaliyyə təşkilatlarının ucuz maliyyə cəlb etmələrində çətinliklər mövcudddur: “Əgər mikromaliyyə təşkilatları ucuz maliyyə vəsaitləri əldə edərsə kreditlər də biznes və əhali üçün daha sərfəli olacaqdır”. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33