Avtomobil

Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ölkə üzrə buzlaşma olan yolların siyahısını açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev açıqlamasında bildirib ki, respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib:

“Ağsu aşırımında yol buzlaşıb, hərəkət yoxdur. Bakı-Quba-Rusiya yolunun 130 km-dən başlayaraq 204 km-dək, Gəncob-Yalama yolu buzlaşıb, hərəkət çətinləşib. Bundan başqa, Bakı-Şamaxı younun 78 km-dən 140 km-dək yollarda güclü qar olsa da, buzlaşma yoxdur. Həmin istiqamətdə gedən sürücüləri diqqətli olmağa çağırırıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department