Vakansiyalar

Pak Dad Group işçi axtarır - MAAŞ 1000-1500 MANAT

İnsan Resursları mütəxəssisi

İş barədə məlumat:

- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
 -İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
- Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 3 il iş təcrübəsi.
- Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur.
- Cins: Kişi namizədlərə üstünlük veriləcək.
- Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
- Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).

Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

Əmək haqqı 1000-1500.

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları mütəxəssisi” mövzusu ilə asimagaverdi@pakdad.az elektron ünvanına göndərilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department