Sosial iqtisadiyyat

Yanvarda Azərbaycan əhalisi kasıblamağa davam edib

2021-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 4 milyard 11,2 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 1,3% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 3,3% təşkil edib.

Statistik məlumatlara görə, yanvar ayında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 1,8% - 401,1 manatadək azalıb.

Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 3 milyard 577,7 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2% azdır.

2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)