MALİYYƏ

Çin tarixdə ilk dəfə Avropanın ən böyük ticarət tərəfdaşı olub

Çin ilk dəfə olaraq Avropa İttifaqının tarixi müttəfiqi olan ABŞ-ı ilk mövqedən kənarlaşdıraraq Qərbin ən böyük ticarət tərəfdaşı olub.

Avropa İttifaqının statistika ofisi – Eurostat xəbər verir ki, 2020-ci ildə Aİ-nin Çindən idxalı 5,6% artaraq 383,5 milyard avroya, Çinə ixracatı isə 2,2% artaraq 202,5 ​​milyard avroya çatıb.

Amerika Birləşmiş Ştatları ilə dinamika əksinədir – Amerikanın Aİ-yə idxalı 13,2% azalaraq – 202 milyard avroya, Aİ-nin ABŞ-a ixracatı isə 8,2% azalaraq – 353 milyard avroya düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)