Birja

Misin qiyməti 9 illik maksimumu yeniləyib

Misin qiyməti London Metal Birjasında 0,9 % artaraq 8,406 min ABŞ dollara yüksəlib.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da, misin qiyməti 9 illik maksimumu yeniləyib.

Məlumata görə, misin qiymətini yüksəlməsinə beynəlxalq bazarlarda çatışmazlıq və güclü tələb səbəb olub. Bundan başqa, mis koronavirus peyvəndinin inkişaf etdirilməsinin qlobal böyüməyə və istehlaka dəstək olacağına dair nikbinlikdən də dəstək tapıb. Həmçinin, Çində fabriklərin tətildə açıq olacağı spekulasiyası da qiymətlərin yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, birjalarda nikel və alüminiumun da qiymətləri bahalaşıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)