Instagram Reels xidmətində TikTok videoları ilə mübarizə aparacaq!
Instagram, şaquli videoların paylaşılmasını təmin edən Reels xidməti üçün özünün qaydalarını yeniləyib.
ENA.az xəbər verir ki, bu haqda şirkətin @creators adlı yeni alqoritm tövsiyə edilən videolar lentində digər xidmətlərdən gələn daha az video göstərəcək.
Trendlərə düşmək və onları daha əyləncəli və ilhamverici hala gətirmək üçün isə sosial şəbəkə Reels kitabxanasından olan orijinal musiqilərdən istifadə etməyi tövsiyə edir.
Eyni zamanda, Instagram keyfiyyəti aşağı olan və daha çox mətn ilə olan videoların yerləşdirilməsini də tövsiyə etmir.
Instagram-ın nümayəndəsi The Verge nəşrinə açıqlamasında deyib ki, tövsiyələr Explore bölməsində istifadəçi təcrübəsinin öyrənilməsinə əsaslanır. Məsələn, bu video istifadəçi üçün maraqlıdırmı, onu tövsiyələr bölməsində yerləşdirmək olarmı aydınlaşdırılır.
Araşdırmalara görə, istifadəçilər digər platformalardan yüklənən bulanıq videoları daha az qaneedici hesab edir.
Tövsiyələr Reels xidmətinin işə salınmasından altı ay sonra hazırlandı.
Nəşr açıqlayır ki, yeni xidmətlər Reels-in sadəcə TikTok videoları üçün bir yer, yaxud ən pisi istifadəçilərin hazırlanan hansısa kontenti paylaşmaq yeri kimi olub-olmamasını aydınlaşdırmaq üçündür.
Bu isə o deməkdir ki, istifadəçilər öz kontentlərini yaratmaq üçün daha çox vaxt sərf edəcəklər.
Reels 15 saniyəlik videoların paylaşıldığı platformadır. Burada videoları təkcə dostlar ilə deyil, Explore vasitəsilə bütün Instagram istifadəçiləri ilə paylaşmaq olar. Markalar yeni xidməti aktiv şəkildə istifadə etdikdən sonra, Reels-də brendə yönəlik kontent də görmək mümkün olacaq.