Elm və Texnologiya

“Google Chrome” bəzi kompüterlərdə işləməyəcək

“Google Chrome” brauzeri 2005-ci ildən əvvəl istehsal olunmuş kompüterlərdə və noutbuklarda işləməyəcək.

“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə brauzerin daxili siyasət sənədində qeyd olunub.

“Chrome 89” yeniləməsi “Supplemental Streaming SIMD Extensions 3” (SSE3) əmrlərini dəstəkləməyən x86 arxitekturalı prosessorların dəstəklənməsini dayandıracaq. Bu, əsasən 2005-ci ilə qədər olan platformalara aid olacaq. Fərdi kompüteri “Celeron M” çipi ilə aktual “Windows 10”a qədər yeniləmək mümkün olarsa belə, ona yeni “Chrome” yükləmək mümkün olmayacaq.

“Chrome 87” və sonrakı versiyaların istifadəçiləri önümüzdəki həftələrdə dəstəklənmənin başa çatmasına dair məlumat alacaqlar. “Google”un populyar olmayan bu addımı yalnız “Windows”a aid olacaq, çünki “ChromeOS”, “Android” və “Mac” onsuz da SSE3 dəstəkli prosessorlar olmasını tələb edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)