“Huawei” şirkəti göndərdiyi sifarişləri dayandırıb
Çinin “Huawei Technologies” şirkəti tədarükçüsü olan Yaponiyanın “Yaskawa Electric Corp”a göndərdiyi sifarişləri dayandırıb.
"BI" xəbər verir ki, bunu “Bloomberg”ə müsahibəsində “Yaskawa”nın prezidenti Hirosi Oqasavara deyib. Həmin qərar “Huawei”nin maliyyə direktorunun Kanadada qəfil həbsindən və Yaponiyada şirkətin məhsullarının dövlət satınalmaları proqramından çıxarılmasından sonra verilib.
“Biz nələrin baş verdiyini başa düçənədək maliyyə yatırımları barədə bütün növ sövdələşmələr müvəqqəti olaraq dayandırılıb”,– yapon şirkətinin rəhbəri deyib.
Qeyd edək ki, “Yaskawa” “Huawei” şirkətinin müəssisələri üçün sənaye robotları tədarükçüsüdür. Ötən maliyyə ili yapon şirkətinin 448,5 milyard yen (4 milyard ABŞ dolları) məbləğindəki ümumi mənfəətinin 23 faizi Çinin payına düşmüşdü.