Axtar

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcə nə qazandı?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2020-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 71,8 milyon manat (42,2 milyon dollar) təşkil edib. Bununla yanaşı, Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli Sərəncamlarına əsasən,dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1.350 min manat həcmində güzəşt tətbiq olunub.

ENA.az xəbər verir ki, "Dövlət Komitəsi 2020-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 61,5 milyon manat köçürüb. İllik proqnoz 99,2% yerinə yetirilib", - deyə Dövlət Xidməti qeyd edib.

Bundan əlavə, Dövlət Komitəsi ötən il dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 10,3 milyon manat köçürmüş, illik proqnoza 128,8% əməl edilib. 

2020-ci il ərzində koronavirus pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb. Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqust ayından isə yenidən bərpa olunub. Qeyd edək ki, 2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 53 elektron sifariş qəbul edilib, 5 dövlət əmlakı “Elektron hərrac” xidməti vasitəsilə özəlləşdirilib.2020-ci il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb. 2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2% icra olunub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33