Azərbaycanın peyvənd aldığı Sinovac-dan ikinci doza haqqında - MÜHÜM AÇIQLAMA
Azərbaycanın vaksin aldığı Çinin Sinovac şirkəti koronavirusa qarşı hazırlanmış "Coronavac" peyvəndinin vurulduğu iki doza arasındakı müddətin uzadılmasının virusa təsirini artıra biləcəyini açıqladı. Sinovac-ın verdiyi açıqlamaya görə, Braziliyada aparılan klinik sınaqlar zamanı, peyvəndin ikinci dozasını sonradan alanlarda peyvəndin təsirinin yüzdə 20 daha yüksək olduğu təsbit edildi.
ENA.az xəbər verir ki, Reuters-dəki xəbərə görə, Sinovac sözçüsü, üç həftə sonra peyvəndin ikinci dozasını alan təxminən 1400 insanda peyvəndin qoruyucu təsirinin təxminən 70% olduğunu qeyd etdi.
Braziliyalı tədqiqatçılar keçən həftə peyvəndin korona virusunun yüngül hallarına qarşı yüzdə 78 təsir göstərdiyini və bütün ağır halların qarşısını aldığını açıqladı.
Westenin Biomedikal Mərkəzinin Klinik Tədqiqat Direktoru Ricardo Palacios, Çinin Sinovac peyvəndinin 50,38% nisbətində "ümumi effektivlik" göstərdiyini açıqladı. İndoneziya peyvəndin yüzdə 65 təsirli olduğunu açıqladı və təcili istifadə üçün təsdiqləndi. Türkiyədə peyvəndin effektivlik səviyyəsinin yüzdə 91 olduğu açıqlandı.