Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcəyi təsdiqləndi
Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin cari qeydiyyatı aparılacaq.
“ENA” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.
Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq.
Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə başlanılır.