“İdeal” mağazalar şəbəkəsinin rəhbərliyi dəyişdirildi
Azərbaycanda böyük parfumeriya və kosmetik mağazalar şəbəkəsi “İdeal”ın direktoru dəyişib.
ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın məlumatında deyilir.
Məlumata görə, “İdeal” mağazalar şəbəkəsinin ( “Adore Kompani” MMC) direktoru Samir Yalçın oğlu Əliyev vəzifəsindən istefa verib. Onun yerinə bu vəzifəyə Nərmin Vəkil qızı İsmayılova təyin edilib.
“Adore Kompani” MMC 2020-ci ilə qədər “İdeal Kompani” MMC kimi adlandırılırdı. Ötən il bazarda digər rəqib şəbəkə – “Sabina”nın satın alınması xəbərindən sonra “İdeal Kompani” şirkəti adını dəyişdirib, “Adore Kompani” adlandırıldı.
Samir Əliyev isə bu şirkətə 2016-cı ildən direktor kimi çalışır. O, bundan öncə bu şirkətdə Satış direktoru kimi çalışırdı.
Şirkətin təsisçisi və direktoru olmuş İlqar İsmayılovun “qalmaqallı” istefası ardından Samir Əliyev bu vəzifəyə təyin edilmişdi.
“Adore Kompani” 2007-ci ildə təsis edilib, 8.87 mln. manat nizamnamə kapitalına sahibdir.