Sağlamlıq

Koronavirusa yoluxan şəxslər peyvənd olunacaqmı?

Koronavirusa yoluxmuş şəxslər vaksinasiya strategiyasına uyğun olaraq vaksinasiya ilə əhatə olunan ən aşağı riskli əhali qruplarına aid edilirlər.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Eləcə də bax: Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?

Qeyd olunub ki, bu səbəbdən bu şəxslərin vaksinasiyası digər riskli əhali qrupları ilə müqayisədə ən sonda aparılacaq.

“Vaksinasiya prosesi könüllü olduğu üçün koronavirusa yoluxan və sağalan, müalicə müddətini evində keçirən, lakin heç bir yerdə qeydiyyata düşməyən (poliklinika və xəstəxana) şəxslər də peyvənd oluna bilər. Bu şəxslərin peyvəndləməsi vaksinasiya strategiyasına uyğun aparılacaq”, – məlumatda bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department