Sənaye

Neft 55 dolları ötdü

Xam neft qiymətləri bazar ertəsi günü ticarət zamanı ABŞ dollarının möhkəmlənməsi fonunda azaldı. "ABŞ dolları cümə günü ardıcıl üçüncü gün yüksəldi və bu səhər bahalaşaraq əmtəə sektorundakı qiymətlərin aşağı düşməsinə səbəb oldu", deyə S&P Global-ın açıqlamasında bildirilir. 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,16% azalaraq 1 barelə görə 55,34 dollar təşkil edib.

ENA.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,9% azalaraq 51,77 dollar təşkil edib.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department