Bank

Mərkəzi Bankın valyuta ehtiyatlarının - SON VƏZİYYƏTİ

2020-ci il dekabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 369,4 milyon dollar təşkil edir. AMB-nin açıqladığı göstəricilərə görə, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları ötənilki dövrlə müqayisədə 1,8% artıb. Göstəricilərə baxsaq, 2020-ci ilin dekabrında AMB-nin valyuta ehtiyatları 0,7% və ya 42,1 milyon dollar azalıb. Buna baxmayaraq tam ili isə artımla başa vurub. 

Xatırladaq ki, 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları 6 milyard 258 milyon dollar təşkil etmişdi və bu əvvəli illə müqayisədə 11,2% artım demək idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)