Əhalinin gəlirləri 7 faiz artıb

Bu yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 26 milyard 277,6 milyon manat olub.
ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Hər nəfərə orta hesabla 2568,4 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 22748,6 milyon manat təşkil edib.