Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

ABB 485 milyon manatlıq avrobondlarının hamısını satıb

ABB 485 milyon manatlıq avrobondlarının hamısını satıb

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 484,76 milyon manat həcmində avrobondlarının hamısını satıb.

Bu barədə bankdav məlumat verilir. Məlumata görə, ABB biri 2017-ci ilin sentyabr ayında buraxılmış və illik 3.5% kupon faiz dərəcəsinə malik olan avrobondlar, digəri isə 2022-ci ilin iyun ayında buraxılmış və illik 6% kupon faiz dərəcəsinə malik olan yerli istiqrazlar olmaqla iki istiqrazı mövcud idi. Həmin istiqrazlar müvafiq olaraq 2024-cü ilin sentyabr və iyun aylarında müddətini başa vurub və Qrup tərəfindən tam şəkildə ödənilib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.