Sosial iqtisadiyyat

DSMF sədrinə yeni müşavir təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.

Məlumata görə, Amin Abdullayev 2025-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

O, 2018-2019-cu illərdə “NBCBank”da Risklərin idarə olunması departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2019-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentində mütəxəssis, 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis, 2022-2025-ci illərdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.

2016-cı ildə Türkiyənin Marmara Universitetində Sığorta işi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sığorta işinin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)