SOCAR-da yeni təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Məlumata görə, bir neçə gün bundan öncə SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsindən azad edilən Vasif Əmirov SOCAR-da daha yüksək posta Baş ofisdə Loqistika və İnfrastrukturun idarə olunması Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bununla bağlı SOCAR Prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Xatırladaq ki, Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsinə isə Pərviz İbadullayev təyinat almışdı. (Teleqraf)