Bank

Əhalinin banklardakı əmanətləri artıb

2025-ci il aprel ayının 1-nə əhalinin banklardakı əmanətləri milli valyuta ekvivalentində 15074,0 milyon manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Bu isə o deməkdir ki, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artıb.

Əmanətlərin 66,9 faizi milli, 33,1 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 18,3 faiz artıb. 

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,91 (1,82) manata, 100 Türk lirəsinə 4,46 (4,65) manata, 100 Rus rubluna 2,04 (1,88) manata bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)