Norveçdə koronavirusdan peyvənd edilmiş şəxslər ölüblər

Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib.
Bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildirib.
"Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq", - məlumatda deyilir.
Norveçdə Amerika şirkəti – “Pfizer” və onun alman partnyoru “BioNTech” tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb.