Türkiyədə koronavirusun ən təhlükəli növü aşkarlandı
Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb.
“Habertürk” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır.
Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.