Bank

Bakıda qadının bank hesabından pul oğurlanıb

Bakıda qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə "ENA"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Abbasovanın bank hesabından 712 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Rəhimov saxlanılıb, daha bir şəxs isə müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)