Sağlamlıq

Britaniyada koronavirusun daha təhlükəli növü aşkarlandı

Böyük Britaniyada koronavirusun mutasiya edilmiş daha bir variantı aşkarlanıb.

Xarici mətbuat yazır ki, bu barədə krallığın Səhiyyə naziri Mett Henkok bildirib.

"Bu, daha yoluxucu virusdur və görünür, yeni virusdan daha çox mutasiya edib", - məmur jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, mütəxəssislər iki yoluxma halını qeydə alıblar. O, vurğulayıb ki, hər iki pasiyent Cənubi Afrika Respublikasından (CAR) gəlib.

London Cənubi Afrika ölkəsinə səfərlərə məhdudiyyətlər, iki həftəlik icbari karantin tətbiq edib.

Daha əvvəl – dekabrın 14-də Mett Henkok İngiltərənin şərqində koronavirusun yeni növünün aşkar edilməsi haqqında bildirib. Onun sözlərinə görə, bu növ 70 faiz daha çox yoluxucudur.

Qeyd edək ki, alimlər hələ xəstəliyin həmin növünün daha çox öldürücü və ya ağırlaşdırıcı olmasını təsdiq edən sübutlar tapmayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)