MALİYYƏ

"Bu ilin sonuna büdcədə 500 milyon manat profisitin yaranacağı gözlənilir"

“İlin sonuna kimi dövlət büdcəsinin icrası zamanı xəzinədə 500 mln. manat qalıq qalacaq. Bu qalıq dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin kəsri hədəflərin təmin edilməsi məqsədilə ÜDM-nin 4,1%-dək genişləndirilir: “Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Əsasən, ortamüddətli xərclər çərçivəsinin, nəticə əsaslı büdcənin istifadəsinə başlanılacaq. Ortamüddətli xərclər üzrə nəticələrin əldə edilməsi üçün Təhsil, Kənd Təsərrüfatı nazirlikləri də müvafiq protokollar imzalayıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)