MALİYYƏ

Tramp Fed-in faiz qərarına etiraz edib

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (Fed) faiz artımı qərarına etiraz edərək faizlərin 1% və ya daha aşağı səviyyədə olmasını tələb edib.

ENA.az xəbər verir ki, Trump sosial media hesabında ABŞ üçün faizlərin dərhal azaldılmasının vacibliyini vurğulayıb. O, yüksək faiz dərəcələrinin ölkəni digər dünya iqtisadiyyatları ilə rəqabətdə əlverişsiz vəziyyətə saldığını bildirib.

Fed çərşənbə günü əsas faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4% aralığına yüksəldib. Bu, 2023-cü ildən bəri ilk faiz artımıdır. Qərara ABŞ-da inflyasiyanın yüksək qalması və enerji qiymətlərinin artması təsir edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)