MALİYYƏ

Azərbaycan gələn il daha çox borc qaytaracaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 198,755 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 2 031,668 milyon manat xarici dövlət borcu ( o cümlədən 466,27 milyon manatı faiz ödənişləri), 167,087 milyon manatı isə daxili dövlət borcu (o cümlədən 160,176 milyon manatı faiz ödənişləri) üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində xarici borcun qaytarılması üçün 1 828 161 212,0 manat vəsait ayrılmışdı. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)