FED faizləri sabit saxladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini dəyişməyərək 4,25–4,5% səviyyəsində saxladı.
Məlumata görə, FED bu səviyyəni artıq ardıcıl dördüncü dəfə qoruyur.
Qərar bazar və analitiklərin gözləntilərinə tam uyğun gəldi. FedWatch alətinə görə, bu ssenarinin ehtimalı qərardan əvvəl 99,9% səviyyəsində idi. Yalnız 0,1% ehtimal 25 bəndlik endirimi göstərirdi.
FED qərarını ABŞ prezidenti Donald Trampın faiz endirimi çağırışlarına baxmayaraq dəyişməz saxladı.
Əksər iqtisadçılar hesab edir ki, tənzimləyici qurum 2025-ci ildə monetar siyasəti yumşaltmağa başlayacaq.
Növbəti iclas 29–30 iyulda keçiriləcək.
Lakin bazar faiz endiriminin iyulda deyil, sentyabrda və ya daha gec reallaşacağını gözləyir.