Azərbaycan müdafiə xərclərini artırdı
![](https://ena.az/uploads/news/2020-12/_ena_3228b226bb0540569fce8353e_o.jpg)
2021-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılacaq vəsait məlum olub. 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib ki, dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 585 806 638 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Xatırladaq ki, 2020-ci ilin büdcəsində bu məqsədlər üçün 3 853 585 721 manat ayrılmışdı. Beləliklə, bu xərclər 732 220 917 manat və ya faizlə 16% artıb.